Milli Şuranın rəhbərliyi polisə çağırıldı - Mitinqlə bağlı...

img

09-09-2016 [14:55]


Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqin təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.

Bu barədə "Report"a Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev məlumat verib.

O deyib ki, bu gün saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsində olacaqlar. E.Quliyev dəvətin mitinqlə əlaqədar olduğunu qeyd edib.

E.Quliyev onu da bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti mitinqin saatını irəli çəkməyi təklif edib: "Biz bu məsələni Milli Şuranın Koordinasiya Şurasında müzakirə etdik. Qərara gəldik ki, keçirələcək aksiyanın saatı dəyişdirilməsin".

Qeyd edək ki, Milli Şura sentyabrın 9-da, saat 17:00-dan 19:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Komplekisinin stadionunda (keçmiş "Məhsul) mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) mitinqin keçirilməsinə razılıq verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA