Polisin səlahiyyəti artırılır - Hakim qərarı olmadan....

img

09-09-2016 [13:32]


Azərbaycanda hakimin qərarı olmadan baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə yeni səlahiyyətlər verilməsi nəzərdə tutulur.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinə əlavə və dəyişikliklər təklif edilir.

Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanması üçün də binalara, o cümlədən yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və torpaq sahələrinə baxış keçirə biləcəklər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA