İcra başçısı köməkçisini dəyişdi, idarə rəisini isə müavini təyin etdi

img

09-09-2016 [00:15]


Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qərarı ilə onun köməkçisi Asəf Məmmədov tutduğu vəzifədən azad olunub.

Mia.az Report-a istinadən xəbər verir ki, onun yerinə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətci işləyən Şahbazov Məhəmməd Şirin oğlu təyin edilib.

İcra başçısının digər əmri ilə İlyasov İlqar Süleyman oğlu isə İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, bu günə qədər Rayon Mədəniyyət və Turuzum şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Aqil Nəzərli Laçın RİH başçısı təyin edilib. O, bu vəzifəyə qədər rayon İcra Hakimiyyətinin başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri işləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA