Təhsil Nazirliyindən məktəbli formaları ilə bağlı əhaliyə müraciət: "Şərt qoya bilməzlər!"

img

08-09-2016 [16:59]


Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.

"Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, – deyə, müraciətdə qeyd olunub. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA