08-09-2016 [16:34]
"Mərkəzi Bank öz buraxdığı manatı elan etdiyi rəsmi məzənnə ilə almaq istəmirsə, deməli, bunu əlverişsiz hesab edir. Əlverişsiz hesab edirsə, deməli, manatın həqiqi dəyəri elan edildiyindən aşağıdır. Bir sözlə, rəsmi məzənnənin heç bir mənası yoxdur. Elman Rüstəmovun manatın üzərindəki imzasının mənası kimi”.
Mia.az bildirir ki, bu sözləri bank məsələləri üzrə tanınmış ekspert Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın rəhbəri həm hüquqi, həm də mənəvi cəhətdən imza edən imzasının arxasında durmalıdır. Sözünün də arxasında durmalıdır:
"Amma Rüstəmov nə ötən ilki devalvasiyalar qabağı verdiyi sözünü tutdu, nə imzasının arxasında durur, nə də elan etdiyi qiymətlə manatı almır. Manatı buraxana manat lazım deyilsə, başqalarından nə gözləmək olar? Manatı buraxan dolayısı ilə onun rəsmi məzənnəsinə etimad etmirsə, başqaları necə etimad etsin? Belə şəraitdə qara bazar necə yaranmasın axı? Həmin bazar bilavasitə Mərkəzi Bankın hərəkəti nəticəsində yaranıb. Kim bilir, bəlkə də istəyi ilə…”.
Ekspert banklara təklif edilən dollar hərracı ilə bağlı bəzi məqamları açıqlayıb: "Banklarımız dollar satmır. Bunu başqa cür də demək olar: banklarımız manat almır. Çünki müştəri üçün manat müqabilində dollar alışı bank üçün dollar müqabilində manat alışıdır. Eyni ilə Mərkəzi Bankın da tələbata uyğun banklara dollar satmamasını belə ifadə etmək olar: Mərkəzi Bank ona təklif olunan manatın hamısını almır. Və əgər bankları hardasa başa düşmək olarsa (1. dolları azdır; 2. ümumiyyətlə, sahibkar olaraq hər hansı əqdi bağlayıb-bağlamamqda sərbəstdir), Mərkəzi Bankın bu mövqeyini başa düşmək mümkün deyil”.
Ekspertin fikrincə, Konstitusiyamızın 19-cu maddəsinə əsasən pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur:
"Yəni manat Mərkəzi Bankın buraxdığı əşyadır, maldır, əmtəədir. Nə qədər istəyir, o qədər də buraxır. Buna görə də qiymətini də özü müəyyən edir. Həmin qiymət o cümlədən xarici valyutalara nisbətdə rəsmi məzənnədir. Yəni Mərkəzi Bank deyirsə ki, 1 dollar 1,6403 manatdır, deməli elan edir ki, 1,6403 manatı 1 dollara almağa hazırdır (yaxud da 1 dolları 1,6403 manata satmağa hazırdır – fərqi yoxdur). Hüquqda buna "ümumi oferta” (yəni "ümumi təklif") deyilir və Mülki Məcəlləmizin 408.7-ci maddəsində nəzərdə tutulub: "Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi