Sahibkarlarla bağlı yeni cəza - 1500 manat

img

08-09-2016 [12:36]


Azərbaycanda yoxlama prosesində saxtalaşmaya yol verən sahibkarlarla bağlı yeni cəzalar müəyyən edilir.

Mia.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 602.4 maddəsinə dəyişiklik təklif olunub.

Dəyişiklik layihəsinə əsasən, sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və yazılı izahatalar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibklarıq fəaliyyəti üçün istifadə olunan əraziyə istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatədək cərimə edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA