Səlim Müslümov: ?Nazirlik və komitələrdə paket maaz ola bilməz?

img

28-04-2010 [01:44]


?Paket maaşların verilməsi ilə bağlı ən ciddi problem özəl sektordadır?. Aprelin 28-də Ümumdünya Əməyin Təhlükəsizıliyi və Mühafizə günü ilə əlaqdar Dövlət Sosial Müdafiə Fondu xarici ölkə mümayəndələrinin iştirakı ilə keçirilən seminarda. Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, dövlət sektorunda bu sahədə problem yoxdur. Nazir bildirib ki, məsələn, dövlətin 50 faizlik payı olan Mərkəzi Klinik Xəstəxanda 2009-cu ilin hesabatlarına görə orta aylıq əmək haqqı təxminən 600 manata yaxındır. Digər özəl tibb müəssisələrində isə bu göstərici 124 manata yaxındır: ?Bu fərqi görürsünüz, əslində özəl sektorda bu qədər maaş yoxdur, sadəcə vergidən yayınmaq üçün rəsmi sənədlərdə bu qədər göstərilir?. Fond sədri bildirib ki, prezident 2010-cu ilin birinci rübünün yekunları ilə bağlı müşavirədə də bu barədə göstəriş verib, bu sahədə mübarizə aparılır. S.Müslümov nazirlik və komitələrdə, ümumiyyətlə dövlət büdcəsindən maliyyələşən qurumlarda paket maaş olmasını istisna edib. O qeyd edib ki, dövlət büdcəsindən dövlət qurumlarına ayrılan vəsait və maaş cədvəlləri prezident tərəfindən təsdiq olunur və bu cədvələ uyğun maaş verilir: ?Burada hansısa paket maaşdan söhbət gedə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA