07-09-2016 [16:07]
Son günlər ictimai nəqliyyatda gediş haqlarının artacağı ilə bağlı müxləlif xəbərlər yayılır.
İddialara görə, sentyabr ayının 15-dən etibarən metro və avtobuslarda gediş haqqı 0.40 manat olacaq.
Dolların sürətlə bahalaşdığı, ərzaq qiymətlərinin durmadan artdığı, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bu iddiaların reallığa çevirilməsi də inandırıcıdır.
Üstəlik, hökumət ötən aylarda suyun və elektrik enerjisinin qiymətini artırıb. Həm də Bakı Metropoliteni rəhbərliyi neçə illəridir yeraltı nəqliyyatın gəlirlərinin xərclərini ödəmədiyini bildirir.
Bəs ictimai nəqliyyatda qiymət artımı nə qədər realdır? Avtobuslarda və metroda gediş haqlarını artırmaq üçün zəruriyyət yaranıbmı?
Məsələ ilə bağlı qaynarinfo.az-a danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yeraltı nəqliyyatda sərnişindaşınmanın xərci ödəniş haqqından daha çoxdur:
"Bu uzun illərdir ki, belədir. Sərnişin ödədiyi pul sərnişindaşıma xərcini ödəmir. Ancaq qiymətlərin artıb və ya azalacağı ilə bağlı qərarı Taarif Şurası verir. Bakı Metropoliteni olaraq, biz Tarif Şurasına müraciət etməmişik".
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da sayta açıqlamasında bildirib ki, bununla bağlı Tarif Şurasına müraciət olunmayıb: "Qiymətlərin artımı ilə bağlı tələbat öz mahiyyətini zamana uyğun dəyişə bilər. "Tələbat varmı, zəruriyyət varmı” suallarına cavabı o zaman verə bilərik ki, Tarif Şurası artıq bu qərarı təsdiqləyib və qiymətlər qalxıb. Bundan sonra izahatını verə bilərik ki, bunun səbəbi tələbatın artması idi. Bakı Nəqliyyat Agentliyi olaraq Tarif Şurasına qiymət artımı ilə bağlı müraciət olunmayıb. Ola bilər ki, cəmiyyət arasında müəyyən qiymət artımınını gördükdən sonra ictimai nəqliyyatda da eyni proseslərin olacağı barədə fikir formalaşıb. Ancaq bu şayiədir".
İqtisadçı ekspert Samir Əliyev isə ictimai nəqliyyatda qiymət artımının olacağını proqnozlaşdırır:
Ekspert bildirib Azərbaycanda qiymətlərin səviyyəsini xarici ölkələrlə müqayisə etməyin əsası yoxdur: "2016-cı ildə kommunal sektorda qiymətlər artdı. Suyun, işığın qiyməti artırıldı. Deməli, qiymət artımı mütləq digər sektora da təsir etməlidir. Nəqliyyat sektorunda yanacağın qiyməti dəyişmədiyinə görə, avtobuslarda qiymət artımı üçün əsas yoxdur. Amma Metropoliten əsas gətirə bilər ki, işığın qiyməti 16 faiz (1 qəpik) artıb. Metropoliten bunu əsas gətirə bilər.
Ola bilər ki, tariflər xarici ölkələrlə müqayisə edildikdə ucuzdur. Amma gəlin görək, əhalinin qazancı, maaşı, pensiyanın səviyyəsi həmin o baha qiymətlərin olduğu ölkələrdəki maaşdan, pensiyadan nə qədər aşağıdır. Xarici ölkələrdə qiymətlər bahadır, ancaq əhalinin gəlirləri də yüksəkdir. İstər vətəndaşlardan əldə edilən qazanclar, istərsə də dövlət büdcəsindən ayrılan pul vəsaitləri ilə bağlı şəffaflıq olmadığından biz qiymətin artma tələbini müəyyən edə bilmirik. Düşünmürəm ki, qiymət artırılması bağlı qərar verilsə, bunun ciddi bir əsası olacaq. Kommunal sektorda qiymət artdığından, nəqliyyat sektorunda da artımı gözləyirəm. Amma bu artım keyfiyyətin artmasına səbəb olmayacaqsa, əhalidən daha çox pul qazanmaqdan başqa bir şeyə xidmət etməyəcək".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi