İsmayıllıya dolu düşdü - Evləri su basdı

img

07-09-2016 [16:01]


Bu gün saat 15:00 radələrində İsmayıllı rayonuna güclü dolu düşüb. Təqribən 10 dəqiqə davam edən dolu təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Dolunun ardınca isə küləklə müşayiət olunan leysan xarakterli güclü yağış yağmağa başlayıb. İsmayıllı şəhərinin bəzi küçələrini və kəndləri sel basıb.

Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Məlumata görə, hazırda güclü şimşəklə müşayiət olunan leysan yağışı davam edir. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA