Prezident Bakıda keçirilən Beynəlxalq turizm və səyahətlər sərgisinin açılızına qatılıb

img

28-04-2010 [01:10]


Bu gün Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində ?Aitf? IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin açılış mərasimi olub. Mərasimdə prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısına bildirilib ki, sərginin ekspozisiya sahəsi ötən ilə nisbətən 20 faiz artıb, sərgidə 14 ölkə öz milli stendi ilə çıxış edir. Türkiyə ilk dəfə olaraq sərgidə tərəfdaş ölkə kimi çıxış edir. Sərgidə ilk dəfə olaraq Azərbaycanın regional turizm potensialını əks etdirən böyük pavilyon açıldığı qeyd edilib. Sərgi ərazisində quraşdırılmış informasiya köşklərindən istifadə etməklə ziyarətçilər sərgi, eləcə də müxtəlif tədbirlərin keçirildiyi yerlər barədə məlumatlar əldə edə bilərlər. Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilir. ?Aitf? IX Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə yanaşı, ?Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar? IV Qafqaz beynəlxalq sərgisi də keçirilir. Sərgidə mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks təchizat, ticarət köşkləri, mətbəx avadanlığı, qəlyanaltı sistemləri və s. nümayiş olunur. Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub, iştirakçılara uğurlar arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA