07-09-2016 [12:26]
Bakı Slavyan Universitetinin yeni rəhbərliyi tərəfindən Yaradıcılıq fakültəsinin bağlanmasını yeni rəhbərlik qəbul məsələsində heç bir müraciətin daxil olmaması ilə izah edib.
Mia.az xəbər verir ki, bu barədə olke.az fakültənin dekan müavini Şəhla Aslanın mövqeyini öyrənib:
"BSU-nun yeni rəhbərliyi tərəfindən Yaradıcılıq fakültəsinin bağlanması qərarı məni heç də məyus etmədi, əksinə ədəbiyyata, istedadlı gənclərə qayğı göstərən insanlara hörmətimi bir daha artırdı. Bu yerdə «zər qədrini zərgər bilər" misalını çəkməkdən də vaz keçirəm. Qaldı ki, növbəti tədris ili üçün fakültəyə qəbulla bağlı müraciətlərə. Hörmətli prorektorun (red.: Telman Cəfərov) nəzərinə çatdırıram ki, fakültənin qəbul imtahanlarında iştirak etmək istəyənlərin uzun bir siyahısı var qarşımda. Bundan sonra olmasın Yaradıcılıq fakültəsi, olsun məsələn, Yaradıcılıq kursu. Mahiyyət dəyişmir; istedadlı insana dəstək!
Danılmaz faktdır ki, Yaradıcılıq fakültəsinin açılması yazarlara göstərilən qayğılar silsiləsinə akademik Kamal Abdulla tərəfindən əlavə olunan bir halqa idi. Burada dinləyicilər heç bir ali məktəbdə ala bilməyəcəyi filoloji bilgi, təcrübə və vərdişlər qazanmaq imkanlarına malik idilər. 2 il ərzində dinləyicilərin oxumaları üçün planlaşdırılan və Kamal Abdullanın şəxsən özünün tərtib etdiyi "Mərhələlər” adlandırdığı kitabların siyahısına baxmaq kifayətdir ki, fakültənin açılmasında nəzərdə tutulan məqsədin hərtərəfli, hazırlıqlı oxucu yetişdirmək olduğuna əmin olasan.

Yaradıcılıq fakültəsinin təsis olunmasının ilk vaxtlarından indiyə qədər Kamal Abdullanın dinləyicilərə bir tövsiyəsi olmuşdur ki, bizim məqsədimiz hazırlıqlı oxucu yetişdirməkdir.
Təbii ki, zamanla bu oxucuların arasından yaxşı naşir, şair və tənqidçilər öz-özündən ortaya çıxacaq. Bundan ötrü mümkün olan hər cür şərait yaradılmışdı; üzdə olan nasir, şair, filosof və tənqidçilərin mühazirələri, kitabxana və oxu zalı, nəşr olunan kitabların peşəkarlarla müzakirələri və.s kimi imkanlar yalnız onların təkmilləşməsinə xidmət edirdi.
Sevindirici hal odur ki, 2 il ərzində dinləyicilər ciddi qrafik üzrə kitablar oxudular ("Hophopnamə”ni əzbər bilməsələr də…), əsərlər təhlil olundu, imtahanlar götürüldü və nəticədə bu gün onlar özlərini yetkin ədəbiyyatsevər kimi hiss edirlər. Fakt faktlığında qalır.
Fakültə qısa zamanda böyük yol keçdi. Əgər əvvəlcə kitabı nəşr olunmuş gənc yazar Yaradıcılıq fakültəsində gələndən sonra həmin kitabdan imtina edibsə, yenə də Yaradıcılıq fakültəsi düz yolda olub! Əgər filologiya fakültəsini bitirib buraya gələn dinləyicilər etiraf edirlərsə ki, biz ədəbiyyatdan öyrəndiklərimizin çoxunu Yaradıcılıq fakültəsindən öyrəndik, deməli, fakültə düz yolda olub!
Və zamanla məzunların cəmiyyətdə tutduğu mövqe göstərəcək ki, Yaradıcılıq fakültəsi ədəbiyyat naminə atılan çox uğurlu addım olub!”.
Qeyd edək ki, bu ilin iyun ayında Bakı Slavyan Universitetinə Asif Hacıyevin yerinə Nurlana Əliyeva təyin edildikdən sonra universitetin adı mətbuatın gündəmindən düşmür.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi