07-09-2016 [12:09]
"Referendumla bağlı təşviqat kampaniyasının başlanması seçki proseslərindən fərqli bir məna kəsb edir. Üz-üzə dayanan partiya və hərəkatlar bu prosesi cəmiyyətlə aparmır, polemikalar əksər hallarda mediada gedir. Çünki cəmiyyət dövlət quruculuğunun elə bir səviyyəsinə gəlib çatıb ki, dövlət tərəfindən atılan addımları normal qəbul edir. Təşviqatın vəziyyətindən danışanlar bu amili nəzərə almalıdır".
Bu sözləri millət vəkili Zahid Oruc deyib.
O bildirib ki, əgər xalqın referenduma kəskin reaksiyası olardısa, bu, mütləq özünü göstərərdi: "Ona görə yox ki, təkcə hansısa bir partiya o qüvvələrin maraqlarını müdafiə edə bilmir. Bu gün dünyanın müxtəlif ölkələrində lidersiz və partiyalarsız elə sosial, siyasi toqquşmalar baş verir ki, dövlətin irəli sürdüyü təşəbbüslər cəmiyyətin alt qatında süngü ilə qarşılanmasa da, müxtəlif əhali qrupları kəskin mövqelərini bölüşür. Azərbaycanda isə bu baş vermir, deməli, insanlar referendumu qəbul edir”.

Z.Oruc hesab edir ki, prezident, əslində, bölgələrə səfər etməklə yeni iqtisadi kursun parametrlərini açıqlayır:
"Ən mühüm kampaniyanı ölkənin lideri aparır. Heç bir parlament üzvü, hökumət təmsilçisi təkcə referendumla bağlı hüquqi maddələri şərh etmək deyil, daha çox qeyd etdiyiniz kimi, ölkənin 26 sentyabrdan sonrakı gələcəyini birinci şəxsin dilindən eşitmək istəyir. Baxın, prezident bölgələrdə yeni iqtisadi kursun parametrlərini açıqlayır. Söhbət xüsusilə Azərbaycan büdcəsi üzərində böyük bir yükə çevrilən rayonların icra hakimiyyətləri ilə bağlı vəziyyətdən gedir. Azərbaycan xaricdə mühüm valyuta gətirən ixrac yönlü məhsullara sahib olmalıdır. Buna görə də icra hakimiyyətləri, sadəcə, büdcə vəsaitləri, subsidiya və dotasiyaları gözləməməli, aktiv şəkildə bu prosesdə iştirak etməlidirlər ki, xarici investisiyalar məhz bölgələrə gəlsin. Bu, baş vermir. Çünki bürokratik əngəllər, problemlər var, hətta bir sıra hallarda infrastruktur tədbirləri həyata keçirilmir.
İcra orqanları müasir dövrün tələbləri səviyyəsində çalışa bilmədiklərindən paytaxtın iqtisadi təmərküzləşməsi baş verir. Ölkənin əsas ticari, iqtisadi aktiv kütləsi daha çox Bakıya toplaşır. Bu isə disproporsionallıq yaradır.
Halbuki bu illər ərzində bölgələrdə qaz, su, enerji təminatı ilə bağlı köklü işlər görülüb. İndi həmin icra hakimiyyəti orqanlarından yaxşı mənada menecerlik qabiliyyəti tələb olunur ki, onlar ölkənin xarici iqtisadi əlaqələrində mühüm yer tutsunlar və nəticədə neftdən asılılıq da aradan qalxsın. Bu gün yalnız 6 rayon büdcədən asılı deyil. Yerdə qalanlar isə ölkənin təhsilindən, səhiyyəsindən kəsilərək onlara vəsait yönəldilməsini gözləyir. Bəs o regionlarda yeni iş yerlərinin yaradılması və vergi ödəmələrində faizlər nə zamana qədər aşağı olacaq?”.
Z.Orucun sözlərinə görə, referendumdan sonra kadrların dəyişikliyi baş verəcək, yeni iş prinsiplərini hər kəs qəbul etməyə məcbur olacaq:
"Ölkədə iqtisadi islahatlar dərinləşəcək, hökumətin fəaliyyətinə yeni xarakter veriləcək. Bəlkə də ASAN hökumət modeli tam bərqərar olunacaq. Referendumdan sonra kadrların dəyişikliyi baş verəcək, yeni iş prinsiplərini hər kəs qəbul etməyə məcbur olacaq. Bu, digər hakimiyyət qollarında da islahatlar prosesini sürətləndirəcək.
Bu dövrdə Azərbaycanı dinamik bir inkişaf səviyyəsində gözləyirəm. Uğurlar bizimdir, buna iqtisadi baza kimi söykənə bilərik. Ancaq son 6 ayda manatın dollar qarşısında mövqeyini itirməsi maliyyə-bank sektorunda özünü göstərən xəstəlikləri bir az da dərinləşdirib.
Rusiyadan fərqli olaraq Azərbaycan beynəlxalq iqtisadi sanksiyalara məruz qalmayıb. Əhalinin sosial həyatına mənfi təsir göstərən bu hallar nə üçün davam etməlidir? Son aylar qiymət bahalaşması özünü göstərir, hətta bir sıra yerlərdə artıq topdansatış qiymətləri dayanıb. Bu, birbaşa əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Hökumətin müvafiq iqtisadi maliyyə sektoru fəal bir şəkildə prosesə müdaxilə etməlidir.
Hesab edirəm ki, prezidentin atacağı yeni addımlar sayəsində ölkədə maliyyə sabitliyinə, iqtisadi, siyasi, sosial və beynəlxalq əlaqələrinin daha da möhkəmlənməsinə nail olmaq mümkün olacaq”.
axar.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi