Ramil Usubov iki polkovniklə bağlı əmr verdi - DİN-də mühüm dəyişiklik

img

07-09-2016 [11:25]


Daxili işlər naziri Ramil Usubov daha bir kadr dəyişikliyi edib.

Mia.az-a daxil olan məlumata görə, nazirin əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Sabiq Quliyev tutduğu vəzifədən azad olunub. 

Nazirin digər əmri ilə S.Quliyev Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə rəis müavini təyin olunub.

Baş Pasport, Qeydiyyatvə Miqrasiya İdarəsinin rəis müavini Levan Qurskaya isə Baş Mühafizə İdarəsinə gətirilib. 

DİN mətbuat xidmətinin rəsmisi Ehzan Zahidov faktı Mia.az-a təsdiqləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA