07-09-2016 [11:04]
Azərbaycanda "Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarıla bilər.
Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib.
Onun sözlərinə görə, qanun layihəsi üzərində Təhsil Nazirliyi, ekspertlərlə birgə ciddi iş aparılır: "Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Yəqin ki, ilkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq”.
B.Əliyev bildirib ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər hazırlıq üçün çox münbit şərait yaranıb:
"2013-cü ildə təhsilin inkişafı ilə bağlı Milli Strategiya təsdiq edilmişdi. Sənəddə əsas istiqamətlərdən biri də məktəbəqədər təhsil məsələsi idi. Bu gün Təhsil Nazirliyi bu sahədə böyük işlər görüb. Ona görə də qanunvericilik bazasının daha da möhkəmləndirilməsi üçün belə bir qanunun işlənməsinə ehtiyac var idi”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva modern.az-a deyib ki, bağçaların Təhsil Nazirliyinə qaytarılması daha səmərəli ola bilər: "Məktəbəqədər təhsil müəssisələri ilə bağlı aparılan siyasət ürəkaçandır. Bilirik ki, uzun illər bu müəssisə Təhsil Nazirliyinin tabeliyində olub. Sonrakı dövrlərdə rayon icra hakimiyyətlərinə verildi. Hər halda, bunun da səbəbləri vardı. Əgər söhbət təhsildən gedirsə və bir müəssisənin adının qarşısında "təhsil ifadəsi səslənirsə, bu, birbaşa Təhsil Nazirliyinin və əlaqədar təşkilatın məşğul olacağı bir məsələdir”.
Deputat hesab edir ki, əlaqədar qurum daha effektli, daha səmərəli işləyə bilər.
Onun sözlərinə görə, söhbət təhsildən gedirsə, təhsil işçiləri təlimçilər, maarifçilər bu sahədə işləsələr, uşaqlarla məşğul olsalar, daha yaxşı olar. "Bu baxımdan o fikirdəyəm ki, bu müəssisələr yenidən Təhsil Nazirliyinə qaytarılmalıdır”.
Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlının bildirdiyinə görə, məktəbəqədər təhsil müəssisələri ikili tabeçilikdədir:
"Həm İcra hakimiyyətinə, həm də Təhsil Nazirliyinə tabedir. Hər hansı bir rəhbər işçi təyin olunanda bunlardan biri təqdimat verir, biri də təsdiq edir” deyən Zülfüqarlı bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin birbaşa Təhsil Nazirliyinə tabe olması və bütün səlahiyyətlərin Təhsil Nazirliyinə verilməsi müsbət haldır.
Ekspress.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi