Müharibə veteranlarına birdəfəlik yardımın verilməsi bu həftə yekunlazacaq

img

28-04-2010 [12:44]


Bu həftənin sonunadək 1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək. Dövlət Sosial Müdafə Fondunun sədri Səlim Müslümov jurnalistlərə açıqlamasında bu barədə bildirib. S.Müslümovun sözlərinə görə, bazar ertəsi Maliyyə Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun hesabına 8 milyondan artıq pul keçirib. Artıq 50 rayonda maddi yardım veriləcək şəxslərin siyahısı tərtib olunub. Bu günün sonuna qədər digər rayonlardakı müharibə iştirakçılarının da siyahısı tam tərtib olunacaq və həftənin sonuna qədər müharibə iştirakçıları onlara ayrılmış pulları ala biləcəklər. Qeyd edək ki, Azərbaycanda 4250 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı var. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilsin. Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,0 (səkkiz) milyon manat vəsait ayrılsın. Maliyyə Nazirliyinə həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etmək, Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA