Azərbaycan Tələbələr Birliyinin nümayəndəsi beynəlxalq seminarda iztirak edib

img

28-04-2010 [12:33]


2010-cu ilin başlanğıcından etibarən İAESTE təşkilatına üzv olan Azərbaycan Tələbələr Birliyi bu gündə öz fəaliyyətlərini davam etdirir. Belə ki, təşkilatın nümayəndəsi olan Vüqar Rüstəmli İAESTE-nin İnkişafı Seminarında iştirak etmək üçün Almaniyada səfərdə olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, seminarlar 1985-ci ildən başlayaraq ildə bir dəfə olmaqla təşkil edilir. Seminarın əsas məqsədi təşkilatın üzvlük məsələləri, yeni marketinq yollarının araşdırılması, ölkələrarası mübadilələrin artımı, beynəlxalq mədəniyyət, internet texnologiyalarından səmərəli istifadə üçün müxtəlif mövzularda işçi qrupların birgə fəaliyyətinin təşkilidir. 4 günlük seminar ərzində universitet və şirkətlərlə görüşlər də keçirilib. Seminarın maraqlı tədbirlərindən biri də mədəniyyət gecəsidir. 63 ildir ki, mədəniyyətlər arası dialoqa öz töhfələrini verən təşkilat bunu təşkil etməklə ölkələrə öz mədəniyyətlərini daha çox yaymağa imkan yaradır. 35-dən çox ölkənin nümayəndələrinin iştirak edəcəyi tədbirdə bütün iştirakçılara öz mədəniyyətlərini, musiqilərini, mətbəxini, geyimlərini nümayiş etdirmək üçün şərait yaradılıb. Qeyd edək ki, İAESTE təşkilatı 1948-ci ildə İngiltərədə yaradılmışdır. Əsas məqsədi tələbələr ixtisaslarına uyğun olaraq beynəlxalq təcrübə ilə təmin etməsidir. 63 ildə 330,000 tələbə mübadiləsinə nail olan təşkilatın hal hazırda üzvü olan 86 ölkə vardır. ATB 2010-cu ildə 63-cü İllik Konfransda Azərbaycandan nümayəndə təşkilat olaraq seçilmişdir. Artıq cari ilin yayından başlayaraq ilk tələbə mübadilələri həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA