06-09-2016 [21:42]
Özbəkistanın mərhum prezidenti İslam Kərimov xalqına son sözlərini şeirlə deyib.
Qeyd edək ki, şeiri Özbək türkcəsindən Azərbaycan türkcəsinə tanınmış jurnalist Aida Eyvazlı uyğunlaşdırıb:
***
Ölsəm…Bədənimi buz ilə yuyun,
Dərd ilə yanıbdır bədənim mənim.
Köksümün başına bir az buz qoyun,
Alışıb yanmasın kəfənim mənim.
Biçin kəfənimi, buluddan biçin,
Yanan məzarıma yağışlar yağsın.
Qəbrimi gen qazın, bir az gen tikin,
Qəbrə həm dərdim, həm cəbrim sığsın.
Ölsəm… Çinar əkin qəbrimin üstə,
Kölgəsi rahatlıq versin gələnə.
Quran oxuyaraq sakit, ahəstə,
Dualar eyləyin Qədir Bilənə.
Böyük eləməyin məzar daşımı,
Üstünə Qurandan ayə nəqş edin.
Yazmayın o daşa doğum yaşımı,
Yazın ki, bir uzaq səfərə gedib.
Ölsəm, ayaq yandan sağ tərəfimdə,
Cəmi dörd nəfərlik bir kətil qoyun.
Darıxıb gələndə, məzarım üstə
Çiçək gətirməyin, xoş sözlər, deyin.
Sağımda dayanın ayaq tərəfdən,
Təki görsün sizi həsrət gözlərim.
Ölüm haqdır, bundan heç sıxılmayın,
Mən Sizi çox sevdim oğul-qızlarım.
Tez-tez xəbər bilin…
Gözüm yollarda…
Baxacaq, Sizləri gözləyəcəyəm.
Çünki elim üçün yandım dünyada,
Göylərdən mən sizi izləyəcəyəm.
Gələcək nəsilə danışın məndən,
Pisimi, yaxşımı olduğu kimi.
Deyin ki, nigaran getdi elindən,
Həmişə sızladı qəlbinin simi.
Məndən miras qalan tək-tük şeirimi,
Mən öləndən sonra xalqım oxusun.
Bilirəm, olacaq dillər əzbəri,
İstərdim oxuyan məğzini duysun..
Ölsəm, sıxılmayın, vuqarlı durun,
İstərəm dualar eləsin elim.
Kimsə söyləsə ki, borcum var ona,
Geri qaytarmayın uzanan əli.
Bir də… Ölsəm, bir olun,
mehriban yaşayın hər vaxt.
Siz örnək götürün mənim səbrimdən.
…Ölsəm cənazəmdə bülbül oxusun,
Ucalsın göylərə nəğmə qəbrimdən.
Türküstan.info
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir