06-09-2016 [16:59]
"Cənub Qaz Dəhlizi layihəsi üzrə işlər qrafikə uyğun olaraq irəliləyir. Heç bir ləngimə yoxdur".
Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
"Mütəmadi olaraq Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə işlərin gedişi ilə bağlı görüşlər keçirirəm və məlumatlar alıram. Layihələrin icrasında heç bir ləngimə, hansısa narahatlıq yoxdur. Bütün işlər öz qaydasında icra olunur. Hesab edirik ki, planlaşdırıldığı kimi, 2020-ci ildə ilk qaz Avropaya çatdırılacaq", – deyə nazir qeyd edib.
N.Əliyev həmçinin məsələlərin hamısının Azərbaycan tərəfindən asılı olmadığını vurğulayıb: "Biz əlimizdən gələn edirik. Bilavasitə Azərbaycan olaraq iştirak etdiyimiz "Şahdəniz-2",Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisində heç bir problem yoxdur. Trans-Adriatik Boru Kəməri (TAP) üzrə Yunanıstanda işlər başlayıb, İtaliyada işlər görülür. Onların hökuməti də bizi inandırır ki, bu ölkələrdə layihənin icrasında heç bir ləngimə olmayacaq. Yunanıstanın Saloniki şəhərində keçirilən təməlqoyma mərasimi zamanı da Yunanıstanın baş naziri Aleksis Tsipras bütün dünyaya hökumətin bu layihəni dəstəklədiyini və onun həyata keçirilməsi üçün var qüvvələrini əsirgəməyəcəklərini bəyan edib".
Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üçün investisiya xərclərindən də danışan nazir bu məsrəflərin tez-tez dəyişdiyini qeyd edib: "Layihə ilə bağlı yekun investisiya sazişi imzalananda 45 mlrd. dollar civarında investisya nəzərdə tutulurdu. Bu, ilkin rəqəmlər idi. Amma təcrübə göstərir ki, indiyədək həyata keçirilən layihələr üzrə xərclər ilkin nəzərdə tutulan məbləğdə qalmayıb. Çünki bazar həmişə dəyişir. Cənub Qaz Dəhlizi layihəsinin də hazırda xərcləri 5 mlrd. dollar azaldılaraq 40 mlrd. dollar həcmində qiymətləndirilir. TANAP-ın 11-12 mlrd. dollara başa gələcəyi deyilirdisə, son məlumata əsasən, bu rəqəm 2 mlrd. dollar azalıb".
Onun sözlərinə görə, bu, neftin qiymətinin düşməsi ilə bağlı olaraq mal və xidmətlərin ucuzlaşması hesabına olub.
Nazir hazırkı rəqəmlərin də son rəqəm olmadığını vurğulayıb: "Bizi nə gözlədiyi bilinmir. Ola bilsin ki, hansısa zəruri işlər lazım olacaq, əvvəl planlaşdırılmamış yeni xərc ortaya çıxacaq. Şübhəsiz ki, biz dayanmayacağıq və bütün xərcləri ödəməliyik. Əsas, layihənin yekunlaşanda neçəyə başa gəlməsidir".
Report
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi