06-09-2016 [15:58]
Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyevanın bir neçə gün əvvəl verdiyi müsahibədə sələflərinin dövründə baş verən nöqsan və qanun pozuntuları ilə bağlı ittihamlara cavab gecikməyib.
Xüsusən Nurlana Əliyevanın danışıq tərzi və "Universitetdə 110 ölü can var”açıqlaması sosial şəbəkələrdə də geniş müzakirə olunub və etirazla qarşılanıb.
Mia.az xəbər verir ki, universitetin keçmiş rektoru, professor, Azərbaycanın tanınmış alimlərindən olan Asif Hacıyev isə Publika.az-a açıqlamasında xələfi Nurlana Əliyevanın iddialarını yalanlayıb:
"Bizim universitetimizdə "ölü can” olmayıb. Çünki Bakı Slavyan Universiteti çox da böyük universitet deyil. Kim işləyirsə, hamısı da işinin başında olub. Kadrlar şöbəsi də hər gün davamiyyəti yoxlayıb, mütəmadi olaraq rektorluğu məlumatlandırıb. Heç vaxt "ölü canlar” barədə rektorluğa məlumat verilməyib. Bütün əməkdaşlarımız vaxtlı-vaxtında işə gəliblər. Əmək intizamını pozanlara qarşı inzibati tədbirlər görülüb”.
O, yeni rektorun ali məktəbin müxtəlif dövlət qurumlarına 300 min manatdan çox borcunun olmasına da aydınlıq gətirib:
"Adətən bunlar təhsil haqqının yığılması ilə bağlı olur. Bəzi tələbələrin maddi durumu nəzərə alınaraq, onlara müəyyən güzəşt edilib, vaxt verilib. Bundan başqa, ötən il qəbulda da universitetin müəyyən kəsri var idi. Bu borclar həmin təşkilatlarla razılaşdırılır, bir müddət sonra ödənilir”.
A.Hacıyev yeni rektorun Bakı Slavyan Universitetinin sadəcə adının qalması və ən gözəl mütəxəssislərin hamısının bu təhsil ocağını tərk etməsi barədə iddialarına gəldikdə, bununla razılaşmadığını deyib: "Ölkəmizə gələn mötəbər qonaqlar dəfələrlə Bakı Slavyan Universitetində olub. İstər yerli, istərsə də xarici qonaqlar hər dəfə universitetdən xoş təəssüratla ayrılıblar. Bu təhsil ocağının sadəcə adının qalması doğru yanaşma deyil. Çünki bizim universitetimiz hər zaman tələbə və müəllim heyətinin yüksək keyfiyyəti ilə seçilib. Universitetdə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər çalışır. Tələbə və müəllimlərimizin həm elm, həm də təhsil sahəsində bir çox uğurları var”.
A.Hacıyev N.Əliyevanın universitetdə istilik sisteminin olmaması, kanalizasiyanın zirzəmiyə tökülməsi və universitetin maddi-texniki bazasında bir çox problemlərin olması ilə bağlı fikirlərinə də toxunub:
"Universitetdə istilik sistemi olub, sadəcə mərkəzləşmiş sistemə qoşulmuşdu, daxili qazanxana yox idi. Kanalizasiya zirzəmiyə tökülmürdü, amma universitetdə müəyyən qədər nəmlik olurdu. Təhsil ocağının maddi-texniki bazasını daim imkanlar daxilində təkmilləşdirməyə çalışılıb. Lakin maddi-texniki baza daim təkmilləşməlidir. Ona görə də daim yenilənməyə ehtiyac var. Biz də buna çalışmışıq”.
Xatırladaq ki, hələ 2014-cü ildə Hesablama Palatasının yoxlamaları zamanı universitetdə aşkar olunmuş "qanunsuz” halların – universitetin nəzdində fəaliyyət göstərən məktəb-liseyin bir sıra rəhbər, inzibati və xidmətedici işçilərinin maaşlarının 15 faiz artması və məktəb-liseydə 5 nəfərin ştatdankənar işə götürülməsi məsələsinin çatışmazlıq kimi təqdim olunması ictimaiyyətin etirazına səbəb olmuşdu. Onlar bunu universitet rəhbərliyinin ziyalılara, sadə vətəndaşlara qayğısı kimi qiymətləndirmişdi.
Əvvəllər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu adlanan bu təhsil ocağı sonradan – 2000-ci ildən Bakı Slavyan Universiteti kimi fəaliyyətə göstərməyə başlayıb. Elə həmin il də dünyaca məşhur yazıçı, akademik Kamal Abdulla rektor təyin olunub. K.Abdullanın rektor olduğu müddət ərzində (2000-2014) BSU ölkənin ən reytinqli ali təhsil ocaqlarından biri səviyyəsinə qalxıb. Dünyanın bir çox ölkələrinin prezidenti, nüfuzlu siması universitetin fəxri doktorudur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi