06-09-2016 [15:33]
Qafqaz Universitetinin yeni rektoru Havar Məmmədovun APA-ya müsahibəsində yeni rəhbərlik etdiyi universitet və onun ətrafında cərəyan edən hadisələrə münasibət bildirib.
Mia.az həmin müsahibəni oxucularına təqdim edir:
– Havar müəllim, Qafqaz Universiteti bundan sonra hansı formada öz fəaliyyətini davam etdirəcək?
– Qafqaz Universitetinin idarəçiliyi dəyişdirilib və hazırda ali məktəb təsisçi SOCAR-ın Azərbaycan Beynəlxalq Tədris Mərkəzi ilə birlikdə fəaliyyətini davam etdirir. Universitet Azərbaycanın təhsil siyasətini yüksək səviyyədə həyata keçirməyə və kadr tələbatını ödəməyə çalışacaq. Çünki burada lazımi potensial, texniki baza var. Mən də rektor olaraq mənə göstərilən etimadı doğrutmalıyam.
Sözsüz ki, kadr və digər məsələlərdə ciddi dəyişikliklər, lazımi islahatlar olacaq. Kim işinin öhdəsindən gələcəksə, onunla əməkdaşlıq davam etdiriləcək. Əsas odur ki, Qafqaz Universitetindəki ənənəvi yüksək təhsil mühitini saxlaya bilək. Sentyabrın 10-da kollektivlə görüş keçiriləcək və bir çox məsələlər müzakirə olunacaq.
– Mətbuatda Qafqaz Universitetinin adının dəyişdirilərək SOCAR Universiteti kimi fəaliyyətini davam etdirəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
– Bu məsələ gündəmdə deyil. Ötən müddətdə Qafqaz Universitetinin bağlanacağı ilə bağlı da xəbərlər yayıldı. Bu xəbərlər də yanlışdır. Qafqaz Universiteti heç vaxt Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməyib. Sadəcə, Qafqaz Universitetinin rektoru işdən çıxarıldığı zaman müvəqqəti olaraq rektor vəzifəsinin icrası Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova tapşırılıb. Universitetin bağlanması söhbəti olmayıb və bu gün sərbəst özəl ali məktəb kimi fəaliyyət göstərir.
– Qafqaz Universitetinin ətrafında baş verən hadisələr builki tələbə qəbuluna hansısa təsir edibmi?
– Qafqaz Universiteti ətrafında yayılan xəbərlər tələbələrin bir hissəsinin ixtisas seçiminə təsir edib. Mövcud hadisələr ali məktəbə qəbul faizinin aşağı düşməsinə səbəb olub. Bu il Qafqaz Universitetində ayrılan 1049 plan yerinə 703 tələbə qəbul olub, ən yüksək bal 696 bal təşkil edib. Mən ali məktəb kollektivi ilə işi elə qurmağa çalışacağam ki, ötənilki qəbul faizlərini saxlayaq.
– Qafqaz Universitetində fəaliyyət göstərən türkiyəli müəllimlərin fəaliyyəti dayandırılıb. Bunun nəticəsində ali məktəbdə kadr çatışmazlığı yaranıbmı?
– Avqustun 5-dən Qafqaz Universitetində fəaliyyət göstərən müəllimlərin hamısı işdən azad olunub və onlar ölkələrinə qayıdıblar. Gedənlərin arasında ali məktəbdə rəhbər vəzifələr tutanlar da olub. Onların sayı müəllim və texniki işçilər də daxil olmaqla, 45 nəfər idi.
Hazırda ali məktəbdə yalnız azərbaycanlı müəllimlər fəaliyyət göstərir. Tədrisi yüksək səviyyədə təşkil etmək üçün təşkilatı işlər görülür. Ayrı-ayrı fənlərlə bağlı kadr çatışmazlığı var. Bu sahədə Təhsil Nazirliyi bizə əməli kömək edəcək. Dərslərin boş keçməsinə imkan verilməyəcək.
– Ali məktəbdə qəbul planı tam dolmadığı üçün hansısa ixtisasların ləğvi gözlənilirmi?
– Xeyr. Çünki burada ixtisasların sayı çoxdur. Heç bir ixtisasın ləğv olunma ehtimalı yoxdur. Tədris həm ingilis, həm də Azərbaycan dilində aparılır. Bəzi ixtisaslarda tələbələrin sayı azdır. Amma dövlət ali məktəblərində də belə hal olur və normal haldır.
– Hazırda Azərbaycan Texniki Universitetində rektor vəzifəsini kim icra edir?
– Texniki Universitetdə rektor vəzifəsini tədris işləri üzrə prorektor, iqtisad elmləri namizədi Xalıq Yahudov icra edir. Prosedur qaydalarına görə, ali məktəbə yeni rektor təyin edilənə qədər rektor əvəzi Xalıq Yahudov olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi