Nazir olimpiya çempionuna yüksək vəzifə verdi

img

06-09-2016 [14:38]


Gənclər və idman naziri Azad Rəhimov olimpiya çempionu Fərid Mansurova yeni vəzifə verib.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova məlumat verib. Bildirib ki, olimpiya çempionu bundan sonra Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Fərid Mansurov yunan-Roma güləşi üzrə olimpiya və dünya çempionudur.

Həmçinin o, Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidentidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA