Azərbaycanın 3 ən reytinqli universiteti – Dünyanın məşhur təhsil müəssisələrinin arasına düşdü

img

06-09-2016 [12:03]


Azərbaycanın üç ali məktəbi Britaniyanın "Quacquarelli Symonds" (QS) şirkətinin versiyasına görə 2016/17-ci illər üçün dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşüb. 

Reytinqə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Xəzər Universiteti daxil olub. Hər üç universitet reytinqdə səkkizinci yüzlüyə düşüblər.

Reytinqə ABŞ-ın üç ali məktəbi – Massaçusets Texnoloji Universiteti, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. İlk onluğa Britaniyanın məşhur universitetləri – Oksford və Kembric daxil olub. 

Reytinqdə həmçinin Türkiyənin 11, İranın isə 5 ali məktəbi daxil olub. Ermənistan və Gürcüstan universitetləri reytinqə daxil edilməyib.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA