Nazir generalın oğlunu işdən çıxardı - Nazirlikdə gözlənilməz dəyişiklik

img

06-09-2016 [10:30]


Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıkovu vəzifəsindən azad edib.

Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə "Report"a açıqlamada "Məhəmməd Sadıkov artıq Nazirliyin əməkdaşı deyil" - deyə, bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıkov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA