Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı - Baş nazirdən yeni qərar

img

06-09-2016 [10:21]


Baş nazir Artur Rasizadə növbəti dəfə əmr imzalayıb. 

Mia.az xəbər verir ki, baş nazir "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.

Qəbul edilən dəyişikliyə görə, dəmiryollarına məxsus ərazilərdə reklam materiallarının yerləşdirilməsinə görə icazə vermək səlahiyyəti Nəqliyyat Nazirliyindən alınır. Bundan sonra həmin icazəni vermək səlahiyyəti "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ixtiyarında olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA