ilham Əliyev Stavropol vilayətinin qubernatorunu qəbul edib

img

27-04-2010 [06:29]


Prezident İlham Əliyev aprelin 27-də Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Azərbaycan ilə Stavropol vilayəti arasında əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu deyib. Dövlətimizin başçısı keçiriləcək Azərbaycan-Stavropol biznes forumunun bu əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Stavropol vilayətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan qubernator Valeri Qayevski bildirib ki, 150 nəfər iş adamından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi rəhbərlik etdiyi vilayətin ölkəmizə göstərdiyi marağın təzahürüdür. O deyib ki, başçılıq etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi Stavropol vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrinə dair perspektivləri müəyyənləşdirməkdən və bu istiqamətdə əməli addımlar atmaqdan ibarətdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA