Yazıçı Əkrəm Əylisli prokurorluğa çağırıldı - Vəkildən açıqlama

img

05-09-2016 [19:03]


Yazıçı Əkrəm Əylisli Bakı şəhər Prokurorluğuna çağırılıb.

Vəkil Elçin Sadıqov yazıçının sentyabrın 6-da prokurorluğa dəvət olunduğunu bildirib.

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev beynəlxalq hava limanında saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib.

Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA