05-09-2016 [17:32]
İcra başçısı Xaləddin İsgəndərovun Binəqədi rayonu ərazisində, Bakı-Sumqayıt yolunun kənarlarında saldığı təmtəraqlı təpələri yenidən gündəmdədir.
Dövlət büdcəsindən milyonlarla manat vəsaitin xərclənməsi hesabına yol kənarlarında salınmış təpələrin söküntüsü davam edir. İcra başçısının külli miqdarda pul xərclədiyi təpələr bir göz qırpımında yoxa çıxır. İndi xərclənən həmin pullar havaya sovrulur.
Xatırlayırsınızsa, bu təpələr salındığı zaman yolda uzun tıxaclar yaranırdı və bu problem aylarla davam etdi. İndi də həmin problem az da olsa, yaşanmaqdadır.
Ötən ildən başlayaraq, yolu genişləndirmək, piyadaların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədi ilə "Azəravtoyol” ASC tərəfindən bir neçə istiqamətdə yerüstü piyada keçidinin tikilməsi nəzərdə tutulub və həmin layihə çərçivəsində Xaləddin İsgəndərovun təpələri "plana düşdü”.
Bir sözlə, məmurun biri tikir, digəri isə sökür, ortada sovrulan isə büdcə vəsaitləridir.
Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və söküntü prosesində son durumla maraqlanıb.
Təpələrin sökülmə prosesi "Azəravtoyol” ASC tərəfindən aparılır. Söküntü magistral yolun 3 hissəsində aparılır. İlk olaraq, Bakı Avtovağzalının yaxınlığındakı təpələr sökülmüşdü. Bu istiqamətdə daim sıxlıq yaşandığı üçün "Azəravtoyol” ASC tərəfindən həmin təpələrin ərazisi hesabına yol genişləndirildi.
Hazırda həmin istiqamətdə nəqliyyat rahat şəkildə hərəkət edir. Bu günlərdə isə "Avtovağzal” metrostansiyasına yerüstü tunel çəkilir. Burada təqribən 200 metrə yaxın ərazidə təpələr sökülüb.
Xatırladaq ki, mətbuatda həmin təpələrin Bakı-Sumqayıt yolundakı sürüşmənin əsas səbəbi olduğu qeyd edilir. Belə ki, təpələrin həm yola saldığı ağırlığın, həm də oradakı yaşıllığın gündəlik olaraq suvarılmasının yolun sıradan çıxmasına səbəb olduğu qeyd edilir.
Hazırda söküntü Bakı Avtovağzalından "Ekologiya postu” istiqamətində davam edir. Məqsəd burada da yerüstü piyada keçidlərinin tikilməsidir. Keçidin tikilməsi üçün də təpələrin sökülməsi zəruridir. Təqribən 100-150 metr uzunluğunda magistral yolun kənarındakı təpələr sökülür. Ərazidə çalışan işçilər də burada piyada keçidinin olacağını bildirdilər. Təəssüflər olsun ki, paytaxt küçələrində əvvəlcədən hesablanmış tikililərin sayı azdır, artıq yol çəkib sonradan qazmaq, obyekti tikib, sonradan sökmək adət halını alıb.
Digər söküntü prosesi Sulutəpə və Hökməli yolu istiqamətində aparılır. Burada da piyada keçidinin tikilməsi nəzərdə tutulub. Təpələr pərakəndə şəkildə sökülür.
Diqqət çəkən məqamlardan biri də odur ki, həmin təpələrin kənarında sərnişinlər üçün nəzərdə tutulmuş şüşə konstruksiyadan ibarət dayanacaq quraşdırılıb. İçərisi xüsusi zövqlə işlənmiş döşəmədən, üzəri isə şəffaf və mozaik metallardan hazırlanmış dayanacağa sərnişinlər kənardan baxmaqla kifayətlənirlər. Çünki dayanacaq hələ istifadəyə verilməyib. Sərnişinlər hələ ki, marşrutları ayaq üstə gözləməyə məcburdurlar.
Bununla yanaşı, dayanacağın yanında üstüqapalı piyada keçidi tikilib. Keçid elə yerdə tikilib ki, sərnişinlər ondan istifadə etmir. İçərisi zibilliyə və uşaqların oyun yerinə çevrilib. Buna da tam bir maliyyə itkisi desək, yanılmarıq.
Musavat.com









Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi