?HOREX Azərbaycan 2010? 4-cü Qafqaz Beynəlxalq Sərgisi keçiriləcək

img

27-04-2010 [05:06]


Sabah ?HOREX Azərbaycan 2010? 4-cü Qafqaz Beynəlxalq Sərgisi keçiriləcək. Sərgi aprel ayının 28-dən 30-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən Heydər Əliyev adına İdman və Konsert kompleksində keçiriləcək. Mehmanxana və restoran sənayesinin peşəkarları üçün nəzərdə tutulmuş ?HOREX Azərbaycan? sərgisi aşağıdakı xidmət və malları təqdim edir: mehmanxana, restoran, supermarket, kafe, bar və mətbəx üçün bütün avadanlıqlar, satış avtomatları, çevik qəlyanaltı və s. Bu sənayenin yenilikləri bazarın son tələblərinə cavab verərək qonaqpərvərlik xidmətlərini dünya standartlarınadək təkmilləşdirməyə imkan verir. Sərgi çərçivəsində iştirakçı şirkətlərin stendlərində xarici mütəxəssislərin iştirakı ilə aşpaz və barmenlər üçün parlaq kulinariya şouları və master-klass nümayişlərinin keçirilməsi planlaşdırılır. ?HOREX Azərbaycan? işgüzar əlaqələrin yaradılması, təcrübə və məlumat mübadiləsi, habelə lazımı danışıqların aparılması və qarşılıqlı surətdə əlverişli olan sazişlərin bağlanması üçün əla imkan yaradır və Sizin obyekt üçün maksimal dərəcədə uyğun olan avadanlığın seçimini etməyə kömək edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA