QHT liderlərinin informasiya bankı yaradılır - Açıqlama

img

05-09-2016 [14:05]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirilən "Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində  QHT.az portalının bazasında QHT liderlərinin informasiya bankı yaradılır.

Mia.az-a verilən məlumata görə, Vətəndaş cəmiyyəti liderləri  http://www.qht.az/index.php?action=member_postform&choose=3 bazasında qeydiyyatdan keçməklə özləri haqqında informasiyanı bazaya daxil edə bilərlər.

Eyni zamanda informasiyanı layihənin işçi qrupuna e-mail (h_jasarat@hotmail.com) vasitəsi ilə də göndərmək olar.

Bazada qeydiyyatdan keçən QHT nümayəndələri bu sistemdən bloq ünvanı kimi də istifadə edə bilərlər. Beləki,  bloq olaraq sistemdə öz yazılarını, müsahibələrini, mükafatlarını, foto və video informasiyaları  da daxil edə və paylaşa bilərlər.

Xatırladaq ki, www.qht.az - vətəndaş cəmiyyəti şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyi tərəfindən yaradılıb ilə yaradılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA