05-09-2016 [13:53]
Bakı sakinlərinin problemlərindən biri də şadlıq saraylarının, səs-küylü istirahət məkanlarının yaşayış evlərinin yaxınlığında yerləşməsidir. Xüsusən də həmin məkanların gecə saatlarında fəaliyyətə başlaması yaxınlıqda yaşayan insanların rahatlığını pozur.
Mia.az Musavat.com-a istinadən bildirir ki, Nizami rayonunda, "Planet” şadlıq sarayının ətrafında yaşayan sakinlər də sözügedən problemdən əziyyət çəkir. Gecə yarısına qədər davam edən dəbdəbəli şənlik mərasimlərinin səsi insanları yatmağa qoymur. Bu cür tədbirlər qış aylarında restoranın içərisində keçirildiyindən yüksək səs ətrafda yaşayanları bir o qədər də narahat etmir. Lakin yay aylarında isə açıq havada keçirilən tədbirlərin səsi insanları "səs terroru”na məruz qoyur.
Məhsəti küçəsinin sakinləri restoranın səsindən gecələr gözlərinə yuxu getmədiyini dedilər: "İllədir ki, burada məskunlaşmışıq. Gördüyünüz kimi, onlarla ailə bu durumdan əziyyət çəkir. Səsdən-küydən gözümüzə yuxu getmir. Restoran yiyəsi başa düşmür ki, bu qədər əhali burada narahatdır. Bir dəfə gedib narazılığımızı bildirdik ki, yığışdırın bu rəzaləti. Kimə deyirsən… Yenə öz işlərindədirlər. Qışda toy da, şənlik də içəridə olurdu. Onda səs az gəlirdi. İndi restoranın həyətinə köçürüblər, ad günü, xırda məclislər edirlər. Çalğı da gecə saat 2-yə kimi davam edir”.
Adının çəkilməsini istəməyən başqa bir sakin restoranda atəşfəşanlığın da olduğunu dedi: "Bu insanların rahatlığının və haqqının pozulmasıdır. Yaşayış binasının arxasında toy-bayram olarmı? Bir də görürsən partlayış başladı. Elə bil müharibədir. Yüksək səsli partlayıcılar, fişənglər atılır. Uşaq yuxudan diksinib oyanır. Bir də görürsən ki, səsi olmayan, qeyri-peşəkar bir müğənni kobud səslə mahnı ifa edir. İndi gəl buna döz. Əgər bu cür vəziyyət davam edərsə, sakinlər yığışıb, magistral yolu bağlayacağıq. Artıq bezmişik”.
Digər bir problem isə "Planet”in yolda tıxac yaratmasıdır. Şadlıq evi yolun düz kənarında yerləşdiyindən burada avtomobillərin hərəkətinə ciddi problem yaranır.
Məsələ ilə bağlı "Planet” şadlıq sarayının rəhbərliyi ilə görüşməyə də cəhd etdik. Restoranın məsul işçilərindən biri sakinlərin şikayətinin əsassız olduğunu dedi: "Bizim məclislər gecə yarısına kimi davam etmir. Sakinlər bunu doğru söyləmirlər. İndiki məclislər onsuz da tez yekunlaşır. Axşam saat -11-də demək olar ki, bitir. Musiqiyə gəldikdə isə maksimum dərəcədə çalışırıq səs-küy olmasın”.
Qeyd edək ki, «Planet» şadlıq sarayının Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova məxsus olduğu söylənilir.
Mətbuatda gedən məlumatlara görə, bu şadlıq evinin idarəçiliyini ölkənin baş bankirinin qardaşı Talıb Rüstəmov həyata keçirir.
Ötən il Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə şadlıq sarayı arasında problem yaranmışdı. Belə ki, icra hakimiyyətinin rəsmiləri şadlıq evinin bir hissəsinin plana düşdüyündən söküləcəyini bildirmişdilər. Məhz Elman Rüstəmovun müdaxiləsindən sonra yerli icra hakimiyyəti "Planet”i sökmək niyyətindən daşınmalı oldu.
Şadlıq sarayları və restoranlardan gələn musiqi səsinin insanları narahat etməsinə gəlincə, buna Bakının hər yerində rast gəlmək mümkündür. Ekspert isə hesab edir ki, bu yaşam normalarına ziddir.
Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli "Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirərək qeyd edib ki, aidiyyəti qurumlar mövcud qaydalara əsasən monitorinqlə aparsa, həmin obyektlərin bir çoxu bağlana bilər:
"Yaşayış sahələrinin yaxınlığında bu cür obyektlərin tikilməsi qanunla tənzimlənir və xüsusi olaraq hər bir yaşayış massivi üçün sosial infrastrukturun qurulması üçün yerlər ayrılır. Lakin bizdə restoranlar yaşayış binalarının yerləşdiyi və əhalinin çox sıx məskunlaşdığı ərazilərdə tikilir. Bu həm şəhərsalma normalarına ziddir, eyni zamanda sanitar-gigiyenik normalar çox ciddi pozulur. Xüsusən şadlıq evlərinin mətbəxində yemək bişirmək üçün nəzərdə tutulan sobalarından çıxan tüstü borularla yaşayış binalarının olduğu əraziyə buraxılır. Elə yerlər var ki, orada ümumiyyətlə kababxanaların tüstüsündən nəfəs almaq mümkün deyil. Bu həmin ərazidə yaşayan insanlarda, xüsusən azyaşlılarda allergik xəstəliklərin yaranmasına gətirib çıxarır, eyni zamanda ağciyər-nəfəs yollarının kəskin iltihablı xəstəliklərin yaranmasına gətirib çıxarır. Eyni zamanda səhərə qədər davam edən musiqi sədaları insanların sinir sisteminə ciddi ziyan vurur, onların istirahətinə mane olur. Bakı şəhər icra hakimiyyəti bu məsələlərdə xüsusi imtiyazlara sahib olmalıdır, lazım gələndə obyektlərin bağlanılmasına belə getməlidir. Lakin etiraf etmək lazımdır ki, bu obyektlərlə müvafiq qurumların nümayəndələri arasında sövdələşmə mövcuddur və ona əsasən fəaliyyət göstərə bilirlər. Mövcud qaydalara əsasən monitorinqlə aparılsa, o cür obyektlərin bağlanmasına gətirib çıxaracaq kifayət qədər faktlar var”.
Qeyd edək ki, qanunvericiliklə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları müəyyənləşdirilib. Bu normalara əsasən kafe, restoran, yeməkxanaların zallarında gündüz saatlarında səsin yolverilən maksimal həddi 65 desibeldən çox olmamalıdır.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi