Rus qoşunları Azərbaycanla sərhəddə gətirildi - İrimiqyaslı təlimlər başladı

img

05-09-2016 [13:18]


Rusiya Silahlı Qüvvələri sentyabrın 5-də Cənub Hərbi Dairəsinin ərazisində irimiqyaslı təlimlərə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Qafqaz-2016" adlı strateji komanda-qərargah təlimi sentyabrın 10-a kimi davam edəcək.

Təlimlər Cənub Hərbi Dairəsinin ərazisində yerləşən poliqonlarda, Qara dəniz və Xəzər dənizinin akvatoriyasında keçiriləcək.

Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması, Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə Silahlı Qüvvələrin döyüş hazırlığı yoxlanılacaq.

Təlimlərdə ümumilikdə 12,5 minə yaxın hərbçi, aviasiya, döyüş texnikası və hərbi gəmi iştirak edir.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA