Ziyafət Əsgərov: "Avropa Məhkəməsinin heç bir qərarı məcburi ola bilməz"

img

27-04-2010 [04:43]


"Adətən, beynəlxalq təşkilatlar Azərbaycan məhkəmələrinin siyasiləşdiyini iddia edirlər. Amma bizə bunu irad tutan Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın özü siyasidir". Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov Avropa İnsan Hüquqları Məhkəməsinin E.Fətullayev haqqında çıxardığı qərara münasibət bildirərkən deyib. Z.Əsgərov qeyd edib ki, Avropa Məhkəməsinin heç bir qərarı məcburi ola bilməz və yalnız tövsiyə edilə bilər. Həmin qərarla əlaqədar Azərbaycan tərəfinin Avropa Məhkəmisinin Böyük Palataya şikayət etdiyini deyən Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, bu mərhələdən sonra iş Azərbaycanın Ali Məhkəməsinə göndəriləcək. Ali Məhkəmənin plenumunda isə bu məsələ ilə bağlı yekun qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA