Azərbaycana qar yağdı

img

05-09-2016 [11:27]


Azərbaycanın Quba rayonunun Xınalıq kəndində dağlara qar yağıb.

Mia.az bildirir ki, bu barədə APA-nın şimal bürosuna kənd sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, Xınalıq kəndi ilə üzbəüz yerləşən Qiblə dağının zirvəsində daha çox qar müşahidə olunur.

Təxminən 3500 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə də qar yağıb.

Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA