"Azərbaycanda dollar qıtlığı yaranıb" - "Moody's"dən bədbin açıqlama

img

03-09-2016 [17:15]


"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanda ABŞ dolları qıtlığının yarandığını bildirib.

 "Report" agentliyi "Moody's"ə istinadən xəbər verir ki, dollar qıtlığının artması milli valyuta - manata təzyiqləri yenidən artırıb. Agentlik, belə bir iqtisadi konyunkturanın davam etməsi halında Azərbaycanın suveren reytinqinə mənfi təsirlərin əmələ gələ biləcəyini vurğulayıb.

Qeyd edək ki, sonuncu dəfə "Moody's" Azərbaycanın suveren reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən "Ba1"-ə endirib, proqnozu isə "neqativ" olaraq müəyyənləşdirib. 

Xatırladaq ki, "Ba1" reytinq səviyyəsi spekulyativ və əhəmiyyətli dərəcədə riskə məruz öhdəliklər kimi açıqlanır. 

Bu səviyyədən sonra isə "Moody's"in reytinq sıralamasında "B" səviyyəsi gəlir - bu kateqoriya da spekulyativ, lakin daha yüksək səviyyəli riskə məruz qalan öhdəlikləri nəzərdə tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA