03-09-2016 [14:38]
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmana əsasən, "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” üzrə bır sıra dəyişiklik edilib:
1.1. 2.3-cü və 3.4-cü bəndlərin on üçüncü cümləsində "tərəfində" sözü "səthində" sözü ilə əvəz edilsin;
1.2. 2.8-ci bənd üzrə:
1.2.1. ikinci cümlədə "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;
1.2.2. beşinci cümləyə "yarıqlıdır" sözündən sonra "(yalnız uzunqol köynəkdə)" sözləri əlavə edilsin;
1.2.3. onuncu cümlə çıxarılsın;
1.3. 2.17-ci və 3.19-cu bəndlərin beşinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir.";
1.4. 3.1.5-ci yarımbəndə "yaxası üçbucaq" sözlərindən sonra "şəkilli" sözü əlavə edilsin;
1.5. 3.1.6-cı yarımbəndə "yubka" sözündən sonra "və şalvar" sözləri əlavə edilsin;
1.6. 3.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:
"Ali zabitlər üçün gödəkcənin qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.";
1.7. 3.3-cü bənd üzrə:
1.7.1. birinci cümlədə "üç" sözü "dörd" sözü ilə əvəz edilsin;
1.7.2. aşağıdakı məzmunda on birinci cümlə əlavə edilsin:
"Ali zabitlər üçün plaşın qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir.";
1.8. 3.5-ci bəndin səkkizinci cümləsində "Yaxalığı dikdir, trikotajdandır" sözləri "Tikilmə dik yaxalıqlıdır" sözləri ilə əvəz edilsin;
1.9. 3.10-cu bəndin ikinci cümləsində "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;
1.10. aşağıdakı məzmunda 4.1.2-1-ci və 4.1.2-2-ci yarımbəndlər əlavə edilsin:
"4.1.2-1. qış gödəkcəsi – kamuflyaj edilmiş;
4.1.2-2. qış şalvarı – kamuflyaj edilmiş;";
1.11. 4.1.14-cü yarımbənd ləğv edilsin;
1.12. 4.2-ci bəndə aşağıdakı məzmunda səkkizinci cümlə əlavə edilsin:
"Gödəkcə kəmərsiz daşınır (şəkil 72-1, 72-2, 72-3, 72-4, 72-5, 72-6, 72-7, 72-8).";
1.13. aşağıdakı məzmunda 4.11-1-ci və 4.11-2-ci bəndlər əlavə edilsin:
"4.11-1. Qış gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir, dik yaxalıqlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər astarlıdır, ətəyi rezinlidir. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkcənin öz rəngində əlavə qat tikilmişdir. Qolları yarıqlı və manjetlidir, öz rəngində orta forma düyməsi ilə düymələnir. Gödəkcə bel kəmərsiz daşınır. Gödəkcənin sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçuların soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir.
4.11-2. Qış şalvarı kamuflyaj rəngli parçadan tikilir, astarlıdır. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.";
1.14. 4.12-ci bənd üzrə:
1.14.1. birinci cümlədə "qatlanan" sözü "dik" sözü ilə əvəz edilsin;
1.14.2. üçüncü cümləyə "astarlıdır" sözündən sonra ", ətəyi rezinlidir" sözləri əlavə edilsin;
1.14.3. aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:
"Gödəkcə kamuflyaj edilmiş səhra bel kəmərsiz daşınır.";
1.15. 4.16-cı bənd ləğv edilsin;
1.16. 5.9-cu bənd aşağıdakı redaksiyada verilsin:
"Zabitlərin və gizirlərin poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq qızılı (səhra geyim formasının poqonlarında – qara) rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Xidmətin hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında prokurorluğun müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Xidmətin tibbi profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərinin tikilmə poqonlarında Ümumdünya Səhiyyə Təşkilatının müvafiq metaldan qızılı rəngli, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və ya qara (səhra geyim forması üçün) rəngli rəsmi emblemi yerləşdirilir. Ulduzların guşələrindən biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir. Ulduzların ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə müəyyən olunur (şəkil 98-1, 98-2).";
1.17. 5.12-ci bəndin ikinci cümləsinə "Xidmətin bütün hərbi qulluqçularının" sözlərindən sonra "(Xidmət rəisi və ali zabitlər istisna olmaqla)" sözləri əlavə edilsin və həmin cümlədən ", demisezon gödəkcə" sözləri çıxarılsın.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi