Ramil Usubovdan daha bir təyinat - İşdən azad edilən rəisə yeni vəzifə verildi

img

03-09-2016 [11:49]


Azərbaycanda daha iki rayona yeni polis rəisləri təyin edilib. 

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuş Hikmət Quliyev Şirvan şəhər Polis Şöbəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini İlqar Məmmədov Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb(APA).

Qeyd edək ki, Şirvan rayon Polis Şöbəsinin rəisi Şahin Mirzəyev tutduğu vəzifədən azad edilərək Şamaxı rayon Polis Şöbəsinin rəisi, Şamaxı rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov isə tutduğu vəzifədən azad edilərək Masallı rayonun Polis Şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA