02-09-2016 [20:29]
Diqqətli Oxucular yaxşı xatırlayar, "Xural”ın bir "Ana” layihəsi vardı. O zaman məmləkətin içi dərd dolu Analarını danışdırmaq, sözü onlara vermək, gündəmi onlara buraxmaq düşüncəsi ilə Anaları danışdırmaq istəmişdik. Qalın bir siyahı da tutmuşduq.
Biz o layihəni başladıq da. İlk qonaq kimi Salam Sarvanın rəhmətlik Anasını seçdik. Bunun üçün Cəlilabada getdik. Yaxşı və sanballı bir müsahibə də götürdük. Və… "Xural” qəzetində bu müsahibəni yayınladıq. Nə oldusa bu müsahibədən sonra oldu. Ananın bir kəlmə sözü yeri-yerindən oynatdı və mən hələ o zamanlardan gördüm ki, Anaların danışması hər zaman gündəmi dəyişə bilir. Hələ ölkəyə tanınmış insanlar bəxş edən Analar mövzu bəhsi olunca, iş tamam dəyişir…
Sonra araya məlum hadisələr girdi və "Xural” da, "Ana” layihəsi də müvəqqəti olaraq dayandı. Həbsxanadan sonra bu layihəni yenidən həyata qaytarmaq istəyirdim. Anaları danışdırmaq, onların cəmiyyətin müxtəlif hadisələrinə münasibətlərini öyrənmək mənim üşün çox maraqlı idi. Bunun üçün Qənimət Zahidin və Mirzə Sakitin Analarını – Xədicə Ananı ziyarət etmək keçirdi könlümdən. Bilirdim, Xədicə Ananın indi dərd küpü olduğunu.
Amma belə tezliklə inanmırdım layihənin baş tutacağına. Mən payız düşünürdüm. Lakin Gəncəyə növbəti səfərlərimizin birində, Şamaxı yolu ilə hərəkət edərkən və Meysəri kəndinin yanından keçərkən, birdən, qəfildən Meysəriyə döndüm. Xədicə Ana ilə görüşüb çayını içmək istədim. Açığı, heç müsahibə götürmək niyyətim də yox idi. Mən evdə olub-olmayacağını, ya da kimin olub-olmayacağını bilmirdim axı. Dedim, vaxtı müəyyənləşdirim, sonrakı bir vaxta təyin edim, sonra müsahibəni edərik. Həm də Xədicə Ananın hazırlaşmasını istəyirdim. "Sən saydığını say…” deyib atalar.
Kəndə girəndə yolu qarışdırdım. Mən bu kəndə çox qonaq gəlmişəm. Qənimət Zahidlə çox maraqlı günlərimiz olub buralarda. Amma yolu dəyişik saldım və… soruşdum. Adamların bir az da narahat halda Qənimətin ata evini göstərdiyini müşahidə etsəm də, normal yanaşdım. Yalnız bir az sonra öyrənib biləcəkdim ki, Qənimətin Ata evinə gəlmək də, burada olmaq da əməlli-başlı risk daşıyırmış. Kəndin səlahiyyətli qurum və adamları ya adamlar gələndən, ya da ziyarət edib gedəndən sonra narahatçılıq verirlərmiş. Elə dedilər bizə…
Xədicə Ana evdə idi. İndi ona nəvəsi Səlim baxır. Hər zamankı ev, hər zamankı həyət-baca. İlk əvvəl məni tanımadı Xədicə Ana. Təbii ki, illər keçmiş, zaman ötmüşdü. Ancaq Səlim dərhal tanımış, Qənimətlə əlaqə saxlamış, mənim gəldiyimi demişdi. Bu sistemi xoşuma gəldi Qənimətin. Hiss elədim ki, Səlim hər zaman elə edir. Evə adam gələn kimi o haqda Qənimətlə danışır və işini də ona görə tutur.
Xədicə Ana ilə gözlənilmədən və planlaşdırmadan maraqlı bir söhbətimiz alındı. Gedişatı görüb kameranı birləşdirdim və duzlu-mənalı söhbətlərlə təxminən 35 dəqiqə danışdıq. Bəzi xırda məqamları ixtisar etdim və buna məcbur oldum, amma qalan bütün danışıqlarımızı beləcə də Oxucu-tamaşaçılarımızın diqqətinə təqdim etməyə qərar verdim. O qədər səmimi, o qədər yerli-yataqlı, o qədər gözəl danışır ki, Xədicə Ana.
Bütün balalarını çox istəyir, amma Qənimət onun üçün bir başqadır. Dönür-dolanır, Qənimətin haqqında danışır. Hətta bəzən ondan soruşdum da, "Qənimət əsəbiləşər” deyə, "yox, Qənimət mənim dediklərimə əsəbiləşməz” dedi. Zatən Anaların gözəlliyi də onların səmimiliyindədir. Xədicə Ana ilə də elə səmimi və gözəl bir söhbətimiz alındı.
Xədicə Ananın ictimai-siyasi proseslərə də maraqlı yanaşması var. O, ölkənin rəhbəri ilə görüşmək istəyir və ona sözlərinin olduğunu deyir. Mən çalışdım ki, Xədicə Ana İlham Əliyevə olan bütün sözlərini desin, amma hiss elədim ki, hamısını demədi. Və mənim üçün o qədər maraqlıdır ki, cənab İlham Əliyevin Xədicə Ana ilə görüşü. İlham Əliyevin yerinə mən olsam, qəbul edərdim və bu Ana ilə söhbət edərdim…
"Mənim Anam” layihəsində Qənimət Zahidin Anası Xədicə Anadır. Biz bu müsahibədə çox maraqlı məqamlardan bəhs etmişik. Allah Xədicə Ananı bütün arzularına çatdırsın. Onun son istədiyi arzuları var – hətta vəsiyyət belə edib. Qoy ölkəmiz belə Anaların narahatçılıqlarını atdığı və oğulları ilə bir yerdə yaşadığı bir dövlətə çevrilsin. Göz yaşlarının bəslədiyi xarabalıqlara yox…
Əvəz Zeynallı






Strateq.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi