İlham Əliyev jurnalistlərə müsahibə verdi - Video

img

02-09-2016 [17:47]


Bu gün "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

42-ci Ümumdünya Şahmat Olimpiadasının yarışlarına start verən Prezident İlham Əliyev turnirlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb:

"Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Bütün qonaqlar, əminəm ki, öz ölkələrinə xoş təəssüratlarla qayıdacaqlar. Bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda mötəbər yarışlar ənənəvi olaraq keçirilir: Avropa Oyunları, Şahmat Olimpiadası, Formula 1 yarışları. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir".

Region TV



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA