"Ziya Bünyadovun qətli iranın dini dairələri tərəfindən sifariz edilib, qatillər həmin ölkədə sığınacaq alıb"

img

27-04-2010 [02:28]


Zakir Qaralov bu gün Milli Məclisdə çıxış edib. Z.Qaralov bildirib ki, hələ 10 il öncə mərhum dövlət başçısı Heydər Əliyevin keçirdiyi müşavirədə prokurorluq orqanlarında islahatların başlanması haqqında kurs müəyyən edilib. Zair Qaralov çıxıçı zamanı Elmar Hüseynovun, Ziya Bünyadovun qətli, Hacı Məmmədovun törətdiyi cinayət işləri barədə danışıb. Deyib ki, Elmar Hüseynovun qətlinin ertəsi gün ölkə Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib. ?Mənim tərəfimdən Avropadan olan ekspertlərin istintaqa cəlb olunması təklif olundu. Bu qətl 2005-ci ildə - parlament seçkiləri ilində ölkədə ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər olan vaxtda törədilmişdi?. Z.Qaralov deyib ki, istintaq E.Hüseynovun qətlini törədən şəxsləri müəyyənləşdirib və onlar barəsində axtarış elan edilib. Baş prokuror Ziya Bünyadovun qətlinin İranın dini dairələri tərəfindən sifariş edildiyini, qatillərin həmin ölkədə sığınacaq aldığını söyləyib. Zakir Qaralov deputat Pənah Hüseynin ittihamlarına da cavab verib: ?Siyasi korrupsiyadan danışan yoldaşlar öz siyasi partiyalarının haradan maliyyələşməsi haqqında məlumat versinlər. Vaxtı çatıb ki, bu partiyaların hardan maliyyələşdiyini açıqlamalıdırlar. Onların ölkədə siyasi sabitliyi pozmağa çalışması haqqında bəyanatlar verirlər?. Baş Prokuror bildirdi ki, ictimai-siyasi sabitliyin pozulmasına imkan verilməyəcək və bu barədə düşünınlər sadəıcə yuxu görən insanlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA