Azərbaycanda bir neçə kəndi su basdı - FOTOLAR

img

02-09-2016 [15:36]


Ötən gün axşam saatlarında şimal regionuna yağan yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Mia.az RTV (Region TV)-yə istinadən xəbər verir ki, Xaçmaz rayonunda Qaraçayda suyun səviyyəsinin artması nəticəsində rayonunun Qarğalıq kəndini su basıb. Qarabağlı kəndində də yaşayış evlərinə su dolub. 
Əraziyə rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib. Dəyən ziyanının aradan qaldırılması və araşdırılması işlər görülür.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazabad kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahələri su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

Azərbaycanda bir neçə kəndi su basdı  -  Fotolar
Azərbaycanda bir neçə kəndi su basdı  -  Fotolar
Azərbaycanda bir neçə kəndi su basdı  -  Fotolar
Azərbaycanda bir neçə kəndi su basdı  -  Fotolar
Azərbaycanda bir neçə kəndi su basdı  -  Fotolar



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA