02-09-2016 [11:45]
Son bir ayda ölkənin valyuta bazarında yaranan dollar qıtlığı artıq daha ciddi problemə çevrilib. Bankların əksəriyyəti dollar satmaqdan imtina edib. Bəzi banklarda isə bir müştəriyə satılan dolların həcminə kəskin məhdudiyyət qoyulub, bir nəfərə 100 dollardan artıq satılmır. Vətəndaşlar məcbur qalaraq daha çox dollar ala bilmək üçün digər ailə üzvlərini, dost-tanışlarını gətirib bankların qarşısında növbə gözləməli olurlar.
Mia.az xəbər verir ki, "Yeni Müsavat” yazı ki, halbuki Mərkəzi Bank tərəfindən banklara dollar satışının dayandırılması ilə bağlı heç bir tapşırıq verilməyib. Məlumatlara görə, banklar rəsmi şəkildə satmaqdan imtina etdikləri dollarları gizli şəkildə "qara bazar”a çıxarır və daha baha qiymətə satırlar. Dollar satışına qoyulan məhdudiyyət isə xaricə getmək istəyən vətəndaşları, ticarətlə məşğul olanları, ən əsas da biznesi çətin vəziyyətə salıb. Hətta "Yeni Müsavat”a daxil olan məlumata görə, xəstəsini xarici ölkələrə əməliyyat üçün aparan şəxslər belə dollara ala bilmədiyi üçün günlərdir ölkədən çıxa bilmirlər.
Bəs görəsən, bankların fəaliyyətini tənzimləyən qanunverici aktlarda xarici valyuta satışı ilə bağlı məsələ necə əksini tapıb? Vətəndaşın ona dollar satmayan bankı məhkəməyə vermək hüququ varmı? İndiki iqtisadi situasiyada vətəndaşlar bankları məhkəməyə verə bilərmi? "Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas Müzəffər Baxış bildirib ki,Milli Məclisdən başqa heç bir qurum banklarda valyuta satışının məhdudlaşdırılması haqqına qayda müəyyən edə bilməz: "Banklar indiki vəziyyətdən sui-istifadə edirlər. Məndə bu barədə geniş məlumatlar var. Bu və ya digər dərəcədə dollar satışına məhdudiyyət, 100-200 dollar həcmində limit qoymaqla satış həyata keçirirlər. Lakin bu qanunsuzdur. Nə Mərkəzi Bankın, nə də digər bir orqanın, bankların səlahiyyəti yoxdur ki, belə bir limit tətbiq eləsin. Belə bir qaydanı yalınız Azərbaycan Respublikasının Milli Məclisi xüsusi qanunla müəyyən edə bilər. Bu şəkildə ki, banklarda fiziki və ya hüquqi şəkildə, məsələn, 300 dollardan artıq valyuta satmaq olmaz. Bu məsələ yalnız qanunla müəyyən edilə bilər. Bu, nə Mərkəzi Bankın nəMaliyyə Bazarlarına Nəzarət Palatasının təlimatıdır, nə prezident, nə dəNazirlər Kabinetibelə bir qaydanı müəyyən edə bilməz. İndiki halda bu vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olan məsələdir. Bu məsələ ilə bağlı qaydaları Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin birinci bəndinə görə, yalnızMilli Məclismüəyyən edə bilər. Bu, məsələnin hüquqi tərəfidir”. Hüquqşünas bankların bu əməlinin cinayət əməli olduğunu və Cinayət Məcəlləsinə görə məsuliyyət daşıdığını vurğuladı: "Digər tərəfdən əgər araşdırmalar zamanı müəyyən olunsa ki, bankın kifayət qədər valyutası var, lakin onları gizlədir, valyuta satışı həyata keçirmir, bankın bu göstəriş verən vəzifəli şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci və 309.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmalıdır. Çünki onlar o göstərişi verməklə vəzifələrindən sui-istifadə edirlər və bunun nəticəsində vətəndaşların mənafeyinə böyük ziyan vururlar.
Məsələn, belə bir kazus götürək ki, bir şəxs xaricdə ali təhsil müəssisəsinə daxil olub, ora 2000 ABŞ dolları köçürməlidir. Bu gün mütləq həmin pulu köçürməlidir. Əgər bu gün köçürməsə, həmin təhsil müəssisəsində oxumaq haqqını itirir. Bankların vəzifəsindən sui-istifadə etməklə dollar satmaması nəticəsində bu gün həmin şəxs xaricdəki ali təhsil müəssisəsinə pul köçürə bilmirsə, orada təhsil almaq haqqını itirirsə, onun mənafeyinə ciddi ziyan dəyirsə, bu, sırf bankların məsuliyyətidir. Ancaq təəssüflər olsun ki, Azərbaycanda normal hüquq-mühafizə fəaliyyəti olmadığına, bu orqanlar yalnız siyasi sifarişlərlə fəaliyyət göstərdiyinə görə, belə cinayət törədən şəxslər vaxtında aşkarlanıb cinayət məsuliyyətinə cəlb edilmir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi