02-09-2016 [11:42]
Azərbaycanın şimal bölgəsində baş verən sel hadisələrindən sonra buradakı bəzi çaylardan, eləcə də Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylardan sellərin keçəcəyi gözlənilir.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.
Onun sözlərinə görə, çaylarda sellərin olacağı barədə proqnozlar verilmişdi və bunlar özünü doğruldub.
E.Əlizadə qeyd edib ki, yayın, xüsusilə iyulun II yarısı və avqust ayında havaların uzun müddət quraq, az yağıntılı keçməsi nəticəsində dağlıq ərazilərdə sel ocaqlarında külli miqdarda sel materialları yığılmışdı: "Mövsümün dəyişməsi ilə ölkə ərazisində sel keçmək ehtimalının olacağı əvvəlcədən proqnozlaşdırılmışdı. Elə bu günlərdə baş verən intensiv yağışlar da bu proznozları bir daha sübut etdi. Bu günlərdə həm Dəmiraparançayın Qusar rayonunun Ləzə kəndi yaxınlığından keçən hissəsində güclü sel, həm də Böyük Qafqazın cənub yamacının digər çaylarında baş verən bu hadisələr göstərdi ki, proznozlar öz qüvvəsində qalır. Bəzi çaylardan sel keçir, bəzilərindən isə sel keçmə ehtimalı çox böyükdür”.
E.Əlizadə əlavə edib ki, hazırda sel keçmə ehtimalı çox böyük olan çaylara xüsusilə Böyük Qafqzın cənub yamacı çayları- Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançaya aiddir. Eyni ilə Kiçik Qafqazdakı Zəyəmçay, Şəmkirçay, Gəncəçay, Qoşqarçay, Kürkəkçaydan da selin keçəcəyi gözlənilir: "Nəzərə alsaq ki, Lənkəran-Astara zonasında da bu günlərdə intensiv yağışlar yağıb. Orada da selə keçən gursululuğu gözləmək olar”.
E.Əlizadə qeyd edib ki, yaxın günlərdə Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylarla yanaşı, Quba-Xaçmazın bəzi çaylarından, yəni Böyük Qafqazın şimal-şərq yamacındakı Qusarçayda, Qudyalçayda və Vəlvələçayda da sel gözlənilir: "Hava şəraiti belə yağıntılı davam edərsə, yaxın 5-10 gün ərzində bu hadisələri gözləmək olar. Çünki artıq dağlarda sel ocaqları hazırdır”.
E.Əlizadənin sözlərinə görə, sellərin keçəcəyi çayların yaxınlığında onlarla yaşayış məntəqələri var: "Bu da həmin yaşayış məntəqələri üçün problemlər yaradır. Dəyən zərər selin gətirdiyi materialın həcmindən asılı olur. Kişçaydakı ötən selin nəticəsi hamıya məlum oldu. Bu çaydan iki dəfə sel keçdi. Böyük Qafqazın Cənub yamacında olan çaylarda – Kişçay, Şinçay, Kürmükçay, Dəmiraparançay, Göyçay və Girdimançayın sel keçən ərazilərində selin təsiri zonasında olan onlarla yaşayış məntəqəmiz var”.
Qeyd edək ki, ötən gün Azərbaycanın şimal bölgəsindəki bəzi çaylarından sel keçib. Nəticədə bəzi əraziləri su basıb. Quba-Xınalıq yolunun 29-cu km-də körpü qəzalı vəziyyətə düşüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi