Qəbələnin bir kəndində güclü yağış sel fəlakəti yaratdı – FHN 53 nəfəri xilas elədi

img

01-09-2016 [23:23]


Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Qəbələ rayonun Laza kəndinə yağan güclü yağış nəticəsində baş verən fəlakətlə bağlı açıqlama yayıb.

Mia.az FHN-ə istinadən xəbər verir ki, güclü yağış Dəmiraparan çayının suyunu çoxaldaraq sel fəlakəti yaradıb:

"Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb regional mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyyə edilib. Əməliyyat saat 20:18-də başa çatıb". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA