01-09-2016 [21:45]
İyulun 20-dən Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilmiş Qafqaz Universiteti ilə bağlı gözlənilməz qərar verilib: Azərbaycan Texniki Universitetin rektoru, professor Havar Məmmədov Qafqaz Universitetinin yeni rektoru təyin edilib.
Havar Məmmədov artıq bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib.
Mia.az Strateq.az -a istinadən xəbər verir ki, Qafqaz Universiteti ilə bağlı yayılan bu məlumatlar məsələnin yalnız üzdə görünən tərəfləridir.
Gerçəkdə isə Qafqaz Universiteti ilə bağlı qeyri-müəyyən durum davam edir və hökumət hələlik açıqlamaq istəmədiyimiz səbəbdən məsələ ilə bağlı konkret qərar verməkdə çətinlik çəkir.
Bizə çatan məlumatlara görə, hökumətdə ilkin rəy və hazırlıqlar Qafqaz Universitetinin SOCAR-ın tabeçiliyindəki BANM-dən çıxarılması və yeni bir ali məktəb kimi fəaliyyət göstərməsi istiqamətində olub. Ancaq informasiyanın mediaya sızması və bu mövzuda tərəflərin bir-birini ittiham etməsi vəziyyəti kökündən dəyişib. Dünən – avqustun 30-da isə belə qərar verilib ki, hələlik Qafqaz Universiteti SOCAR-ın himayəsində saxlanılsın və gələcəkdə situasiyaya uyğun da hərəkət edilsin…
Məsələnin daha maraqlı və həm də bir çox proseslərə işıq salan tərəfi isə, şübhəsiz ki, Qafqaz Universitetinə yeni rektor təyinatıyla bağlıdır.
Xatırladaq ki, yeni rektoru – professor Havar Məmmədovu dövlət universitetindən, yəni, Texniki Universitetdən ayırıb Qafqaz Universitetinə təyin ediblər.
Bu, həmin Havar Məmmədovdur ki, xeyli vaxtdır Təhsil naziri Mikayıl Cabbarov onu vəzifəsindən uzaqlaşdırmağa çalışsa da, buna müvəffəq ola bilmirdi. Hətta bu il iyulun 5-də təhsil naziri "Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında” 464 saylı əmrlə ona rəsmi şəkildə xəbərdarlıq da etmişdi. Həmin xəbərdarlıqda elə beləcə də yazılmışdı: "… Azərbaycan Texniki Universitetində hazırlanan tədris vəsaitlərində plagiat hallarına dəfələrlə (!!!-red.) yol verildiyinə və belə halların qarşısının alınması üçün ciddi tədbirlərin görülmədiyinə görə rektor, professor Havar Məmmədova xəbərdarlıq edilsin…”. (Bax.http://strateq.az/manshet/80613/nazirl%C9%99-rektorun-qovgasi-boyudu.html)
İndi nazirin cəzalandırdığı rektorun Qafqaz Universitetinin rəhbərliyinə gətirilməsi, həqiqətən, maraqlı və düşündürücüdür: professor Havar Məmmədov "vuruldu", yoxsa gənc Təhsil nazirinin nüfuz edə bilmədiyi başqa məkana göndərildi?Əcəba, Azərbaycan təhsilində nələr baş verir?! Axı haçanadək ölkənin strateji bir sahəsində kadrlararası münasibət, qrup savaşı, kimin kimdən xoşunun gəlib-gəlməməsi əsas meyar olacaq?!
Yeri gəlmişkən, elə həmin yazımızda vurğulamışdıq ki, ali məktəb dəhlizlərində Texniki Universitetlə Memarlıq və İnşaat Universitetinin birləşdiriləcəyi, ora rektor kimi elə Havar Məmmədova xəbərdarlıq edilməsi üçün təqdimat vermiş Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin gətiriləcəyi söylənilir.
Məlumat üçün bildirək ki, Yaqub Piriyev son günlər məlum "Gülən qalmaqalı” ilə bağlı adı tez-tez mediada hallandırılan PA-nın Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanovun bacanağıdır; Təhsil nazirinin müavini Ceyhun Bayramov isə yenə də son günlər "Gülən qalmaqalı” ilə bağlı adı gündəmə gələn Elşad İskəndərovun yeznəsidir…
Belə görünür ki, təhsil sektorunda gənc Təhsil nazirimizin bu "yeni komandası" ilə "köhnə qvardiya"nın çəkişməsi Qafqaz Universitetinin taleyinə də hələ uzun müddət təsir göstərən əsas amil olacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi