Tovuzda torpaq sürüzməsi nəticəsində dağıntılar altında qalan bir ailənin bütün üzvlərinin meyiti çıxarılıb

img

27-04-2010 [01:38]


Bu gün 2010-cu il tarixində saat 06:00 radələrində Tovuz rayonunun Qəribli kəndində torpaq sürüşməsi baş verib və bir fərdi ev torpaq altında qalıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. İlkin məlumata görə, hadisə nəticəsində torpaq altında qalmış evdə bir ailənin 4 üzvü (1964-cü il təvəllüdlü Əkbər Oruc oğlu Məmmədov, 1967-ci il təvəllüdlü Növrəstə Abbas qızı Məmmədova, 1989-cu il təvəllüdlü Azadə Əkbər qızı Məmmədova və 1990-cı il təvəllüdlü Lalə Əkbər qızı Məmmədova) olub. Əkbər Məmmədovun və Növrəstə Məmmədovanın cəsədlərinin kənd sakinləri tərəfindən uçqun altından çıxarıldığı bildirilib. Baş verən torpaq sürüşməsi nəticəsində uçqun altında qalan bir ailənin digər üzvlərinin də meyitləri çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA