01-09-2016 [15:31]
""Şahdəniz” layihəsi imzalananda bəziləri buna etiraz edirdi. O zaman Heydər Əliyev müşavirə keçirdi, bizi də dəvət etdi. Xoşbəxt Yusifzadə, mən ARDNŞ-in vitse-prezidenti kimi o müşavirədə iştirak etdik. Heydər Əliyev hər birimizə söz verdi ki, doğurdanmı bu sazişi imzalamamalıyıq? Azərbaycan rəhbərliyində bir nəfər "Şahdəniz” layihəsi ilə bağlı müqavilənin imzalanmasına etiraz edirdi. O şəxs də çoxdan Azərbaycandan qaçıb gedib. O etirazın da səbəbi indi bəlli olur. Onun məqsədi Azərbaycana xeyir gətirmək yox, ziyan vurmaq idi".
Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dərin Özüllər Zavodunda "Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimindən sonra zavod kollektivi ilə görüşdə deyib.
Prezidentin sözlərinə görə, həmin şəxs o vaxt "Şahdəniz” layihəsinin əleyhinə çox böyük kampaniya açıb:
"Milli Məclisdə bəzi öyrədilmiş deputatlar, hökumətdə bəziləri bunun əleyhinə çıxmağa başlamışdılar. Heydər Əliyev yaxşı bilirdi ki, "Şahdəniz” layihəsini mütləq imzalamalıyıq. Ancaq Heydər Əliyev məsələni müzakirə etmək üçün bizim hamımızı müşavirəyə dəvət etdi. ARDNŞ-in bütün rəhbərləri, hökumət üzvlərini və Milli Məclis rəhbərliyini dəvət etdi, dedi ki, buyurun, sizin iradınız nədir? "Şahdəniz” layihəsinin əleyhinə heç bir arqument ortaya qoyulmadı. Biz hamımız durub sözümüzü dedik ki, mütləq "Şahdəniz” layihəsi imzalanmalıdır. Çünki bu, Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Həyat da bunu sübut etdi. O zaman müşavirədə təcrid olunmuş vəziyyətdə qalan fərd - belə desəm, daha düzgün olar - çox məyus oldu və iclası tərk etdi. Bu müşavirədən 2-3 ay sonra Azərbaycandan da həmişəlik getdi. Yəni "Şahdəniz” layihəsinin ərsəyə gəlməsi o qədər də asan olmayıb. O şəxs bu layihənin Azərbaycana xeyir gətirəcəyini başa düşmürdümü? Başa düşürdü, sadəcə, istəmirdi ki, Azərbaycan inkişaf etsin. İstəyirdi ki, vəziyyət pisləşsin, sonra tutduğu vəzifədən də böyük vəzifə əldə etsin. Ancaq "Şahdəniz” layihəsi bu gün göz qabağındadır, 10 minlərlə Azərbaycan vətəndaşı işləyir, əsərlər yaradır. Azərbaycan dünya miqyasında daha da əhəmiyyətli ölkəyə çevrilir. Ölkəyə böyük həcmdə valyuta gəlib və gələcək”.
Prezident İlham Əliyev bildirib ki, "Şahdəniz-2” layihəsinin işə salınması nəticəsində əlavə 16 milyard kubmetr qaz ixrac ediləcək:
"Şahdəniz” layihəsi olmasaydı, heç kim "Abşeron”, "Ümid” yatağına sərmayə qoymazdı. Kim 3 min 500 km boru xətti çəkər, kim 45 milyard dollar sərmayə qoyardı? Əgər 1996-cı ildə Azərbaycanın düşmənlərinin, ölkəmizə, dövlətçiliyimizə xəyanət etmiş insanların mövqeləri üstünlük təşkil etsəydi, bunların heç biri olmayacaqdı”(APA).
Qeyd edək ki, "Şahdəniz” layihəsinə qarşı çıxan şəxs həmin dövrdə Milli Məclisin sədri olan Rəsul Quliyev olub...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi