01-09-2016 [14:12]
Nərimanov rayonu, F.X.Xoyski prospekti 111A ünvanda yerləşən, Bakı Modern Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərəcək "Modern Baby” körpələr evi–uşaq bağçasının açılışı olub.
Mia.az xəbər verir ki, açılış mərasimində Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri, təhsil kompleksinin rəhbərliyi, valideynlər və rəsmi qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən körpələr evinin direktoru Minə Quliyeva məlumat verərək bildirib ki, bağçada 3 yaşdan 6 yaşadək 150 uşaq 10 qrupda təlim-tərbiyə alacaq. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə prosesləri əsas götürülüb. Binada uşaqların istirahəti və əyləncəsi üçün də geniş imkanlar var. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. M.Quliyeva yaradılan şəraitə görə respublikamızın prezidenti cənab İlham Əliyevə bağçanın işçi heyəti və valideynlərin adından dərin minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev dövlət başçısının rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsilə göstərilən diqqət və qayğı, təhsilin daha da inkişafı, təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər, icra edilən genişmiqyaslı layihələr, eləcə də təhsilin təməlini təşkil edən məktəbəqədər təhsilin yüksək standartlara uyğun inkişafı, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib və bunun günü-gündən inkişaf edən dövlətimizin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və istedadlı kadr potensialının formalaşmasına xidmət edərək daim diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev son illərdə istər regionlarımızın, istərsə də paytaxtımızın bir çox uşaq bağçalarında əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını, yeni uşaq bağçalarının tikilməsi ilə bağlı xeyli işlərin görüldüyünü və bununla da məktəbəqədər təhsilin inkişafına nail olmaq istiqamətində bir sıra uğurların əldə edildiyini diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və Hikmət Məmmədov dövlət səviyyəsində təhsil sisteminə göstərilən qayğıdan danışmış, Azərbaycanın təhsil sistemində son illərdə əldə olunan uğurları xüsusilə vurğulayıblar.
Məlumat verilib ki, 2012/2013-cü tədris ilindən fəaliyyətə başlayan Bakı Modern Məktəbində Azərbaycan, rus və ingilis dillərində həyata keçirilən tədris proqramı ibtidai (I-IV), ümumi orta (V-IX) və tam orta təhsil (X-XI) səviyyələri üzərində qurulub. Məktəb dövlət standartlarına əsaslanmaqla və beynəlxalq təhsil proqramlarından istifadə etməklə özünün tədris planı və proqramlarını tərtib edərək həmin plan və proqramlara uyğun olaraq tədris prosesini təşkil edir.
Daha sonra açılış mərasimində iştirak edənlər sözügüdən məktəbəqədər təhsil ocağının binasının rəmzi açılışını bildirən lenti kəsərək burada yaradılan şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, bağçada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Bağçada müasir standartlara uyğun müxtəlif sinif otaqları, kino, akt, idman və gimnastika zalları, hovuz və yeməkxana mövcuddur. Həmçinin, uşaq bağçasının ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, yay çardağı, oyun meydançası yaradılıb. Burada uşaqların mənalı istirahəti üçün hər cür şərait var.






Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi