Nazir Ramil Usubovdan yeni - TƏYİNATLAR

img

01-09-2016 [14:05]


Daxili İşlər Nazirliyində növbəti kadr təyinatları olub. 

Nazir Ramil Usubovun əmri ilə Xəzər rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki İlqar Məmmədov Bərdə rayon Polis idarəsinin rəisi təyin edilib.

Nazirin digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəis müavini Habil Həsənov, Yasamal rayon Polis İdarəsinin rəis müavini təyin edilib. Xəzər rayon Polis idarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə hələki təyinat yoxdur. 

Qeyd edək ki, nazir Ramil Usubovun əmri ilə Bərdə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilib.

Bizimyol.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA