Türkiyə hökumətində qəfil istefa və təyinatlar - Əfkan Ala getdi

img

31-08-2016 [21:40]


Türkiyə hökumətində gözlənilməz istefa yaşanıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir az əvvəl Prezident Ərdoğanla görüşən baş nazir Binəli Yıldırım iqamətgahdan ayrıldıqdan dərhal sonra  Daxili işlər naziri Əfqan Ala istefa verib.

Baş nazir Binali Yıldırım bildirib ki, Ə.Alanın yerinə əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin olunub. Soyludan boşalan posta isə müavini, bursalı deputat Mehmet Müezzinoğlu gətirilib.

Məlumatda Əfqan Alanın istefasının səbəbi açıqlanmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA