Bələdiyyə sədri yüksək bal toplayan şagirdlərlə görüşdü

img

31-08-2016 [19:49]


31 avqust tarixində Biləcəri bələdiyyəsinin "İctimai – humanitar” sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində 2016-ci il üzrə ali məktəblərə yüksək bal toplayan şagirdlərlə görüş keçirilib.

İlk öncə tədbiri açıq elan edən Bələdiyyə sədri Hikmət Quliyev şagirdləri salamlamış və qəsəbə ərazisində şagirdlərin bu cür nəticə göstərmələrini yüksək qiymətləndirmiş, onların müəllim və valideynlərini təbrik edib.

Sonra çıxış edən şagirdlər, onların valideynləri, öz sevinclərini bölüşmüş və tədbir üçün təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda şagirdlərə Biləcəri bələdiyyəsi tərəfindən təhsildə əldə etdikləri uğurlara görə təşəkkürnamələr təqdim edilib.


Qeyd edək ki, qəəsəbədə 7 orta məktəb var. Bu il  17 şagird 600 baldan yuxarı bal toplayıb. 37 nəfər isə 500-dən yuxarı bal toplayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA